AZƏRBAYCAN » İQTİSADİYYAT
12 İyun 2019, 15:12 (GMT +4)

Dörd ayda vergi daxilolmaları 9 faizdən çox artıb

Bakı, 12 iyun, SalamNews. Yanvar-aprel aylarında vergi daxilolmalarında ötən ilin eyni dövrü ilə müqayisədə 9 faizdən çox artım olub.

SalamNews xəbər verir ki, bu barədə Vergilər nazirinin müşaviri Xəqani Abdullayev jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, vergi proqnozu 111,7 faiz icra olunub. Müsbət meyillərdən biri odur ki, qeyri-neft sektorundan daxilolmalarda 18 faizdən çox artım qeydə alınıb, 116 faiz proqnoz icra olunub. Vergi daxilolmalarında artım tempi qeyri-neft sektorundakı ÜDM-in nominal artım tempini 2 dəfə üstələyib. Dörd ayda vergi daxilolmalarında qeyri-neft sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 62 faizdən 67 faizə yüksəlib. Müsbət trendlərdən biri də qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmalarının 22 faizdən çox artmasıdır.