AZƏRBAYCAN » İQTİSADİYYAT
12 İyun 2019, 15:39 (GMT +4)

Birinci rübdə muzdla işləyənlərin sayı 114 mindən çox olub

Bakı, 12 iyun, SalamNewsBirinci rübdə ölkədə muzdla işləyənlərin sayı 114 mindən çox olub.

SalamNews xəbər verir ki, bu barədə Vergilər nazirinin müşaviri Xəqani Abdullayev deyib.

“Artımın 97 mini qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft sektorunda əməkhaqqı fondu 19 faizdən çox artıb”, - deyə X.Abdullayev qeyd edib.