RUSİYA » SİYASƏT
12 İyun 2019, 14:40 (GMT +4)

Putin Rusiya Günü münasibəti ilə xalqını təbrik edib

Bakı, 12 iyun, SalamNews. Rusiya Dövlət Başçısı Vladimir Putin Rusiya Günü münasibətilə xalqını təbrik edib.

Təbrikdə Putin bildirib ki, vətəndaşlar Vətənin ayrılmaz hissəsidir və onların amalı  ölkəni inkişaf etdirməkdir. 

SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, Rusiya Günü iyunun 12-də qeyd olunur. Bu, ən yeni  dövlət bayramlarından biridir.

Xalqını təbrik edən Putin, ölkə vətəndaşlarının hər zaman Vətəni ən hassas, ən möhtəşəm hisslərlə yad etdiyini qeyd edib.