DÜNYA » SİYASƏT
12 İyun 2019, 15:34 (GMT +4)

Fransanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Bakı, 12 iyun, SalamNews. Fransanın xarici işlər naziri Jan-İv Le Drian iyunun 13-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti bu ölkəyə səfər edəcək.

SalamNews "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyi açıqlayıb.

"Görüşdə Türkiyə-Fransa ikitərəfli əlaqələri, gündəmdə olan regional və beynəlxalq məsələlər və Avropa İttifaqına üzvlük prosesi müzakirə olunacaq", XİN açıqlamasında deyilir.