DÜNYA » SİYASƏT
12 İyun 2019, 15:43 (GMT +4)

İŞİD-ə qarşı döyüşən "Zeynəbiyyun" hərbi briqadasının komandanın cənazəsi tapılıb

Bakı, 12 iyun, SalamNews, B.Samid. Suriyada İŞİD və ən-Nusra Cəbhəsi terror təşkilatları ilə döyüşən "Zeynəbiyyun" hərbi briqadasının komandanı Məhəmməd Cənnətinin cəsədi tapılıb və İrana göndərilib.

SalamNews   İran mətbuatına istinadla xəbər verir ki, Hacı Heydər ləqəbli Məhəmməd Cənətti 2017-ci ildə Həma əyalətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

Son günlərdə Həma əyalətində tapılan başı və qolları olmayan cəsədlərin birinin üzərində aparılan DNA ekspert araşdırmaları nəticəsində cənazənin Məhəmməd Cənnətiyə aid olduğu məlum edilib.

"Zeynəbiyyun" hərbi briqadasının komandanının cənasəzi İrana göndərilib və sabah dəfn ediləcəyi gözlənilir.

İran İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı Qasim Süleymanı bildirib ki, Hacı Heydər onun ətrafında olanlardan ən yaxşılarından biri idi.

Qeyd edək ki, Qüds Korpusunun tabeliyində olan "Zeynəbiyyun" hərbi briqadasının əsas üzvlərini pakistanlılar, Fatimiyyun hərbi briqadasının əsas üzvlərini isə əfqanıstanlılar təşkil edir.