DÜNYA » SİYASƏT
12 İyun 2019, 16:23 (GMT +4)

Boris Conson İngiltərənin Aİ-ni tərk edəcəyinə vəd edib

Bakı, 12 iyun, SalamNews. Mühafizəkarlar Partiyasının sədri və Böyük Britaniyanın Baş naziri postuna namizəd Boris Conson, seçki kampaniyasının başladığını açıqlayıb və ölkənin Avropa Birliyini 31 oktyabrda tərk edəcəyini vəd edib. Bu barədə SalamNews RT-yə istinadən xəbər verir. 

Onun sözlərinə görə, Böyük Britaniyanın iqtisadiyyatı "Brexit" referandumundan sonra digər Aİ ölkələrinə nisbətən daha sürətlə  böyüyür.

"Üç il sonra, oktyabrın 31-da Avropa İttifaqını tərk etmək məcburiyyətindəyik", - deyə Conson bildirib.