AZƏRBAYCAN » MƏDƏNİYYƏT
12 İyun 2019, 16:25 (GMT +4)

Baş İdarə Qurtuluş gününə həsr olunmuş flaşmob təqdim edəcək

Bakı, 12 iyun, SalamNews. 15 iyun saat 18:00-da Qış Parkında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı, Azərbaycan Televiziyasının Mədəniyyət Kanalının dəstəyi ilə Bakı şəhər musiqi və incəsənət məktəblərinin şagirdləri flaşmob təqdim edəcək.

15 iyun- Qurtuluş gününə həsr olunmuş bu tədbirdə musiqi məktəblərinin 1000 nəfərə yaxın birləşmiş xor ifacısı iştirak edəcək.