DÜNYA » ELM VƏ TEXNOLOGİYA
12 İyun 2019, 16:58 (GMT +4)

"Telegram"  xaker hücumuna məruz qalıb

Bakı, 12 iyun, SalamNews. "Telegram" messenger xaker hücumuna məruz qalıb. SalamNews "İnterfaks" a istinadən xəbər verir ki, hücum onun fəaliyyətinə mənfi təsir göstərə bilər.

Bu barədə rəsmi xəbərdarlıq twitter-da yerləşdirilib.

"Hazırda güclü DDoS hücumuna məruz qalmışıq. Amerika və digər ölkələrdəki  Telegram istifadəçiləri bəzi problemlərlə üzlə bilərlər", "Telegram"ın məlumatında deyilir.