AZƏRBAYCAN » SİYASƏT
12 İyun 2019, 17:31 (GMT +4)

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

Bakı, 12 iyun, SalamNews. NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.