DÜNYA » HADİSƏLƏR
12 İyun 2019, 17:31 (GMT +4)

İstanbulda 2016-cı ildə törədilmiş terror aktının təşkilatçısı saxlanılıb

Bakı, 12 iyun, SalamNews. 2016-cı ildə İstanbulun mərkəzində yerləşən "Vodafone Arena" sadionunun yaxınlığında 39-u polis olmaqla 46 nəfərin həlak olması ilə nəticələnən terror aktının təşkilatçısı saxlanılıb. Bu barədə Türkiyənin Daxili İşlər nazirliyi məlumat yayıb.

SalamNews "Haberler"ə istinadən xəbər verir ki, terror hücumunda iştirak edənlərdən biri mesut Bakar Hakkaridə keçirilən əməliyyat zamanı ələ keçirilib.

2016-cı il dekabrın 10-da axşam saatlarında "Vodafone Arena" sadionunun yaxınlığında baş verən partlayış nəticəsində 46 nəfər ölmüşdü.