DÜNYA » SİYASƏT
14 İyun 2019, 09:14 (GMT +4)

Vaşinqton və Tehran yeni müqavilə bağlamağa hazır deyil - Tramp

Bakı, 14 iyun, SalamNews. Vaşinqton və Tehran hələ ki yeni bir müqavilə bağlamağa hazır deyil. SalamNews xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Şinzo Abenin İrana səfərini şərh edərkən deyib. 

"Abenin Ayətullah Əli Xamenei ilə görüşmək üçün İrana getdiyini həqiqətən çox yüksək dəyərləndirirəm, amma şəxsən mən düşünürəm ki, razılaşma barədə düşünmək üçün hələ çox erkəndir. Nə onlar, nə də biz buna hazırıq!", Ağ Ev rəhbəri bildirib.

İyunun 12-də Yaponiyanın baş naziri Abe Şinzo İrana iki günlük səfərə gedib. Hökumətin rəhbəri bildirib ki, səfərin məqsədi Yaxın Şərqdə sülh və sabitliyin təmin olunmasıdır.