DÜNYA » SİYASƏT
14 İyun 2019, 10:08 (GMT +4)

Husilər yenidən Səudiyyə Ərəbistanın Əbha hava limanını hədəfə alıblar

Bakı, 14 iyun, SalamNews, B.Samid. Son 3 gündə ikinci dəfə olaraq husilər Səudiyyə Ərəbistanın Əbha hava limanını vurublar.

SalamNews  əl-Məsira telekanalına istinadla xəbər verir ki, Yəmən Ordusunun (mərkəzi qərargahı paytaxt Sənada yerləşir) hava qüvvələri bir neçə pilotsuz təyyarə ilə Səudiyyə Ərəbistanın Əbha şəhərindəki hava limanını vurublar.

Bildirilib ki, son 3 gündə ikinci dəfə həyata keçirilən bu hücum Qasif-2k tipli pilotsuz təyyarələr vasitəsilə baş tutub.

Husilər bundan öncə kruiz raketi ilə adıçəkilən hava limanını vurmuşdu. Səudiyyə Ərəbistanı rəsmi mənbələri birini hücumu təsdiqləmiş və bu hücum nəticəsində 26 nəfərin yaralandığını bəyan etmişdilər.

Yəmən Ordusu və husilər Səudiyyənin hərbi koalisiyasının ölkəyə hücumunun davam edəcəyi təqdirdə cavab hücumların da dayanmayacağını bildiriblər.