DÜNYA » SİYASƏT
15 İyun 2019, 14:57 (GMT +4)

AGEM iştirakçıları Qüdsdə status-kvonun dəyişməsi ilə nəticələnəcək birtərəfli qərarlara qarşı çıxıb

Bakı, 15 iyun, SalamNews. Düşənbə şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AGEM) iştirakçıları Qüdsdə status-kvonun dəyişməsi ilə nəticələnəcək birtərəfli qərarlara qarşı çıxıb.

SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə sammitin bəyannaməsində deyilir.

"Müqəddəs Qüds şəhərinin statusunun dəyişdirilməsinə gətirib çıxara biləcək birtərəfli qərarlara qəti şəkildə qarşı çıxırıq", Kremlin saytında şənbə günü yayımlanan sənəddə qeyd edilir.

Qeyd edək ki, AGEM 27 ölkəni əhatə edir: Azərbaycan, Əfqanıstan, Banqladeş, Bəhreyn, Vyetnam, İraq, İran, Qazaxıstan, Kamboca, Qətər, Qırğızıstan, Koreya Respublikası, Rusiya, Tacikistan, Tayland, Türkiyə, Özbəkistan və Şri Lanka.