DÜNYA » SİYASƏT
18 İyun 2019, 12:19 (GMT +4)

Ən-Nusra Hələbə onlarla raket və mərmi atıb - 13 mülki şəxs həlak olub

Bakı, 18 iyun, SalamNews, B.Samid. İdlib əyalətini nəzarətdə saxlayan Ən-Nusra Cəbhəsi terror təşkilatı Hələb əyalətinin cənub-qərbində yerləşən bir qəsəbəyə onlarla raket və mərmi atıb.

SalamNews  əl-Aləmə istinadla xəbər verir ki, ən-Nusra Cəbhəsi terror təşkilatının mərmi və raket zərbələri nəticəsində Hələb əyalətinin cənub-qərbində yerləşən əl-Vudəyhi qəsəbəsində 13 nəfər həyatını itirib.

Həlak olan 15 nəfər arasında qadınlar və uşaqlar da var.

Bu hücum nəticəsində daha 15 nəfərin yaralandığı deyilib.

Məlumata görə Ən-Nusra bu hücumu Xan-Tuman rayonundan həyata keçirib və raketlər el şənliyinin keçirildiyi əraziyə düşdüyündən canlı xəsarətlərlə nəticələnib.

Qeyd edək ki, Rusiya və Türkiyənin vasitəçiliyi ilə İdlib əyaləti və ətrafında atəşkəs elan edilib. Lakin bu atəşkəs son 2-3 ay ərzində ciddi şəkildə pozulur.