RUSİYA » CƏMİYYƏT
18 İyun 2019, 13:58 (GMT +4)

BMT-nin hesabatına görə Rusiya əhalisinin sayı 100 milyona qədər azala bilər 

Bakı, 18 iyun, SalamNews. 2070-ci illərin sonuna qədər Rusiyanın əhalisi 100 milyona qədər azala bilər. Belə bir  demoqrafik hesabat BMT ekspertləri tərəfindən təqdim edilib.

SalamNew RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, proqnozun optimist versiyasına görə, 2080-ci ilə qədər Rusiyanın əhalisi 160 milyonu keçə bilər. Beləliklə, 2080-ci illər üçün ortalama rəqəm 127 milyondur. Hazırda Rusiyada təxminən 145 milyon insan yaşayır.

2100-ci ilə qədər rusların sayı 180 milyondan çox ola bilər.

Ümumiyyətlə, BMT ekspertlərinin fikrincə 30 il ərzində Yer kürəsində 2 milyard insan yaşayacaq.