DÜNYA » SİYASƏT
21 İyun 2019, 15:12 (GMT +4)

İran pilotsuz aparatla bağlı insidenti ABŞ-ın təzyiq etmək cəhdi adlandırıb

Bakı, 21 iyun, SalamNews. ABŞ pilotsuz aparatı ilə bağlı insident Vaşinqtonun Tehrana təzyiq göstərmək cəhdidir. SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Əmir Hatami bildirib. 

Onun fikrincə ABŞ bu yolla İranı danışıqlara başlamağa məcbur etmək istəyir.

"Amerika kəşfiyyat aparatını İrana, qoşunları və hərbi texnikanı regiona göndərmək kimi  provokatif hərəkətləri ilə psixoloji müharibəni davam etdirir. "Danışıqlar-təzyiq" strategiyası çərçivəsində mətbuat vasitələrinin köməyi ilə İrana maksimum təzyiq göstərməyə çalışır", Hatami bildirib.