RUSİYA » SİYASƏT
25 İyun 2019, 12:58 (GMT +4)

Rusiya AŞPA-da iştirak etmək üçün ərizə verib

Bakı, 25 iyun, SalamNews. Rusiya nümayəndə heyəti AŞPA-nın işində iştirak etmək üçün ərizə verib. SalamNews RİA "novosti"yə istinadən xəbər verir ki, nümayəndə heyətinin üzvü, senator Aleksandr Başkin bildirib.

"Bir dəqiqədən sonra salona girəcəyik, ərizə təqdim etdik və işə hazırıq", deyə o bildirib.

Başkin xatırladıb ki, Moskvanın AŞPA-nın işinə qoşulması üçün əsas şərt Rusiya nümayəndə heyətinin bütün səlahiyyətlərinə şərtsiz riayət edilməsidir.