QAFQAZ » SİYASƏT
25 İyun 2019, 16:42 (GMT +4)

İqtidar partiyasının lideri Talakvadze Gürcüstan parlamentinin yeni spikeri seçilib

Bakı, 25 iyun, SalamNews. Gürcüstanda iqtidarda olan "Gürcü arzusu" partiyasının lideri Arçil  Talakvadze Gürcüstan parlamentinin yeni spikeri vəzifəsinə təyin edilib.

SalamNews RT-yə istinadən xəbər verir ki, 94 deputat onun lehinə səs verib.

Gürcüstan parlamentinin əvvəlki spikeri İrakli Kobahidze etiraz aksiyaları fonunda istefa vermişdi. 

İyunun 24-də hökumət etirazçıların bəzi tələblərini yerinə yetirmək  və 2020-ci ildə parlament seçkilərini mütənasib sistemlə keçirmək qərarına gəliblər.