DÜNYA » HADİSƏLƏR
26 İyun 2019, 11:55 (GMT +4)

Türkiyədə immiqrantları daşıyan mikroavtobus qəzaya uğrayıb, 11 nəfər ölüb

Bakı, 26 iyun, SalamNews. Türkiyənin şimal-qərbindəki Ədirnə əyalətində qeyri-qanuni miqrantları daşıyan  mikroavtobus qəzaya uğrayıb. SalamNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər ölüb, çox sayda insan yaralanıb.

Hadisə Meriç rayonu ərazisində baş verib. İlkin məlumatlara görə, sürücünün avtomobilin nəzarətini itirməsi nəticəsində nəqliyyat vasitəsi divara çarpılıb. Xəsarət alanların sayı dəqiqləşdirilmir.

"Anadolu" agentliyinin məlumatına görə, qəza nəticəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb.