AZƏRBAYCAN » HADİSƏLƏR
26 İyun 2019, 16:41 (GMT +4)

Zığ şossesində fərdi yaşayış evləri yanıb

Bakı, 26 iyun, SalamNews. Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən SalamNews-a verilən məlumat görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.