RUSİYA » İQTİSADİYYAT
27 İyun 2019, 16:53 (GMT +4)

Rusiyadan turist axınının azaldılması Gürcüstan iqtisadiyyatına 300 milyon dollar ziyan vura bilər

Bakı, 27 iyun, SalamNews. Rusiyadan Gürcüstana turist axınının azaldılması Gürcüstan iqtisadiyyatına mənfi təsir göstərəcək, bu vəziyyət ölkə iqtisadiyyatına 2019-cu ildə 300 milyon dollar zərər vuracaq. SalamNews "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

"Bu mərhələdə dəqiq proqnozlar vermək çətindir, lakin ilkin hesablamalara görə, Rusiyadan turist axınının azalmasının Gürcüstan iqtisadiyyatına vurduğu zərər təxminən 200-300 milyon dollar olacaq", - deyə məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, bu vəziyyət ödəniş balansına və dolayısıyla larinin kursuna da təsir edəcək" deyilir.