DÜNYA » SİYASƏT
01 İyul 2019, 10:49 (GMT +4)

Kabildə törədilən partlayışda Əfqanıstanın milli futbol komandasının oyunçuları yaralanıblar

Bakı, 1 iyul, SalamNews, B.Samid. Əfqanıstan paytaxtı Kabildə törədilən partlayış nəticəsində bu ölkənin milli fotbol komandasının bir neçə oyunçusu yaralanıb.

SalamNews BBC.Farsi-ə istinadla xəbər verir ki, Kabilin "ikinci təhlükəsizlik zonası"nda baş verən partlayış onlarla şəxsin həlak olması və yaralanmasına səbəb olub.

Məlumata görə yaralananlar arasında Əfqanıstan Futbol Federasiyasının rəhbəri eləcə də ölkə millisinin bir neçə oyunçusu var.

İlkin məlumata görə bu partlayışda ölənlərin sayı 10-u keçib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nüsrət Rəhiminin sözlərinə görə paytaxtda yerləşən "Gülbahar bürcü" yaxınlığında həyata keçirilən bu terror aktı ilk növbətə bir minalanmış maşının partladılması ilə həyata keçirilib. Daha sonra isə bir neçə kamikadze hücuma keçib. Polisin ərazidə əməliyyatı davam edir.

Bu hücumu hələ heç bir qruplaşma üzərinə götürməyib.