DÜNYA » SİYASƏT
01 İyul 2019, 15:26 (GMT +4)

ABŞ səfiri İsrailin Qüdsdə planlaşdırdığı böyük tunelin açılışını edib (VİDEO)

Bakı, 1 iyul, SalamNews, B.Samid. ABŞ-in İsraildəki səfiri Devid Fredmən İsrailin Qüdsdə planlaşdırdığı böyük tunelin açılışını edib.

SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, ABŞ-ın İsraildəki səfirinin Qüdsdə planlaşdırılan tunelin açılışına qatılması Fələstin tərəfinin ciddi narazılığına səbəb olub.

HƏMAS-la yanaşı Fələstin muxtariyyətinin rəsmiləri ABŞ səfirinin bu addımını kəskin pisləyiblər.

Qeyd edək ki, ABŞ-ın İsraildəki səfiri bundan öncə (işğalda olan) İordan çayının qərb sahilinin İsrailin ərazilərinə qatılmasının qanuni olduğunu bildirmişdi.

Qüdsün altından keçəcək tunelin açılışı ilə yanaşı İsrailin "Mərkəzi məhkəməsi" (işğal edilən) İordan çayının qərbində iki min yaşayış kompleksinin istismara verilməsi haqda qərar çıxarıb.

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsi ilə bağlı problemli məsələlərdən biri də 1967-dən indiyədək işğal edilən ərazilərdə tikilən yəhudi yaşayış massivləridir. Bu məsələ qaçqın fələstinlilərin (5.5 - 6 milyon) işğal edilən ərazilərə dönməsini əngəlləyən əsas maneələrdən biridir.