DÜNYA » SİYASƏT
02 İyul 2019, 09:15 (GMT +4)

Yəmənlilər Səudiyyənin Əbha hava limanını yenidən hədəfə alıblar

Bakı, 2 iyul, SalamNews, B.Samid. Son 3 həftədə 7-ci dəfə olaraq Yəmən Ordusu və "Xalq Komitələri" ölkəyə hərbi müdaxilə edən Səudiyyə Ərəbistanın Əbha hava limanını hədəfə alırlar.

SalamNews əl-Məsira telekanalına istinadla xəbər veri ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri məlumat verib.

Bildirilib ki, Yəmən Ordusu və "Xalq Komitələri"nin pilotsuz təyyarələri Səudiyyə Ərəbistanın Əbha şəhərinin beynəlxalq hava limanını, burada hərbi təyyarələrin saxlanıldığı sığınacaqları və digər həssas obyektləri hədəfə alıblar.

Səudiyyə Ərəbistanı koalisiyasının sözçüsü polkovnik Türki əl-Maliki husilər tərəfindən hücumun həyata keçirildiyini təsdiqləyib və bu hücumda 9 nəfərin yaralandığını təsdiqləyib.

Husilər bir ay öncə bəyan ediblər ki, onlar Səudiyyə Ərəbistanı koalisiyasının hücumlarına cavab olaraq, bu ölkənin daxil və xaricdə olan 300 strateji və həssas mövqeyini hədəfə alacaqlar.