DÜNYA » HADİSƏLƏR
02 İyul 2019, 17:05 (GMT +4)

Nigeriyada yanacaq maşını partlayıb - Azı 50 nəfər həlak olub

Bakı, 2 iyul, SalamNews, B.Samid. Nigeriyanın cənub-şərqində yerləşən Bino əyalətində yanacaq maşınının partlaması nəticəsində güclü yanğın hadisəsi baş verib və azı 50 nəfər həyatını itirib.

SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Nigeriya mətbuatı məlumat verib.

Əyalətin rəsmilərindən biri Kristofer Afinin sözlərinə görə, hadisə, maşının benzini yanacaq doldurma məntəqəsinə boşaldan zaman baş verib.

Güclü yanğın nəticəsində ətrafda olan çoxlu sayda mənzil və obyektlər yanaraq külə dönüb.

Burada azı 50 nəfərin öldüyü və 70-dən çoxunun yaralandığı deyilir.

Bəzi mənbələr iddia edib ki, hadisədə qurbanların çox olmasının əsas səbəbi, insanların yanacağın yerə axdığı zamanı onu əldə etmək üçün əraziyə toplaşması olub.

Yerli müvafiq qurumlar hadisənin səbəbini araşdırılar.