DÜNYA » İQTİSADİYYAT
06 İyul 2019, 12:08 (GMT +4)

Türkiyə Mərkəzi Bankına yeni sədr təyin edilib

Bakı, 6 iyul, SalamNews. Türkiyə Prezidentinin fərmanı ilə Mərkəzi Bankın (CB) rəhbəri Murat Çetinkaya vəzifəsindən azad edilib. SalamNews xəbər verir ki, başqa bir fərmanla Mərkəzi Bankın yeni rəhbəri vəzifəsinə Mərkəzi Bankın vitse-prezidenti Murat Uysal təyin olunub.

Uysal qiymət sabitliyinə yönəldilmiş pul siyasəti vasitələrinin tətbiqinə davam etməyi vəd edib.

Bundan başqa, Türkiyə Mərkəzi Bankının yeni rəhbəri öz məqsədlərinə nail olmaq üçün bütün kommunikasiya imkanlarından istifadə etmək niyyətindədir.