DÜNYA » HADİSƏLƏR
08 İyul 2019, 09:41 (GMT +4)

Əfqanıstanın şimalında terror aktı törədilib, 12 nəfər ölüb

Bakı, 8 iyul, SalamNews. Əfqanıstanda Milli Kəşfiyyat İdarəsi binasının qarşısında bomba yüklü avtomobilin partlaması nəticəsində 12 nəfər ölüb. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, hadisə Qəzni vilayətində baş verib.

Vilayətinin qubernatoru Arif Nuri bildirib ki, partlayış nəticəsində ölənlər arasında 8 kəşfiyyatçı ölüb, 179 nəfər yaralanıb.

Qəzni Xəstəxanasının verdiyi məlumata görə, ölənlərin əksəriyyəti mülki şəxslərdir.

Məlumata əsasən, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.