MDB ÖLKƏLƏRİ » HADİSƏLƏR
08 İyul 2019, 12:02 (GMT +4)

Tacikistanda çörək zəhərlənməsi səbəbiylə 13 məhkum ölüb

Bakı, 8 iyul, SalamNews. Tacikistandan şimalından Duşənbə şəhərinə köçürülmə əsnasında 13 dustaq çörəkdən zəhərlənərək həyatını itirib. SalamNews "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Cinayət cəzaları üzrə baş idarəsinin  mətbuat mərkəzi məlumat yayıb.

Nazirliyin məlumatına görə, ümumilikdə 120 kişi və 8 qadın olmaqla 128 məhkum nəql olunub. İddiaya görə, yolun ikinci hissəsində 16 məhbus özləri ilə gətirdikləri üç ədəd çörəyi yeyib.

Təxminən yarım saat keçdikdən sonra onlar özlərini pis hiss etməyə başlayıb, xəstəxanaya çatdırıldıqdan sonra isə huşunu itiriblər.

Həkimlər onlardan 3-nü xilas edə bilib, 13 nəfər isə ölüb.