DÜNYA » SİYASƏT
08 İyul 2019, 13:04 (GMT +4)

Rusiya Federasiyası ilə Gürcüstan arasında uçuşlara qadağa qüvvəyə minib

Bakı, 8 iyul, SalamNews. Bu gündən etibarən Rusiya Federasiyasının prezidenti Vladimir Putinin  Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarının qadağan edilməsinə dair sərəncamı qüvvəyə minib. 

Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin verdiyi məlumata görə, iki ölkə arasında birbaşa uçuşlara qadağa Gürcüstan hava yolları üçün də tətbiq edilib. 

SalamNews xəbər verir ki, sonuncu birbaşa reys Moskvadan Tiflisə 7 iyul bazar günü axşam saatlarında həyata keçirilib.