RUSİYA » SİYASƏT
08 İyul 2019, 15:24 (GMT +4)

Rusiya XİN Gürcüstan kanalının aparıcısının hərəkətlərini pisləyib

Bakı, 8 iyul, SalamNews. Rusiya Xarici İşlər Nazirliyi, Gürcüstanın "Rustavi 2" telekanalında  Rusiya rəhbərliyinin ünvanına səsləndirilən təhqirləri qəbul edilməz sayaraq pisləyib.

SalamNews bu barədə RİA Novosti agentliyinə istinadən məlumat verir.

"Biz Gürcüstanın "Rustavi 2" telekanalında Rusiya rəhbərliyinə qarşı təhqiramiz ifadələrlə edilən  hücumları qəti şəkildə pisləyirik", bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi bu "insidenti" rusafobiyanın parlaq nümunəsi kimi qiymətləndirir.

Diplomatlar müvafiq beynəlxalq və regional təşkilatlardan və jurnalistlərdən müvafiq reaksiya gözləyir.