DÜNYA » SİYASƏT
10 İyul 2019, 11:17 (GMT +4)

KİV ABŞ müdafiə naziri vəzifəsinə əsas iddiaçının adını açıqlayıb

Bakı, 10 iyul, SalamNews. Mark Esper ABŞ müdafiə nazirinin vəzifəsi üçün əsas namizəddir. Bu barədə Military Times mənbəyə istinadən xəbər verir.

SalamNews xəbər verir ki, hal-hazırda Esper Pentaqonun rəhbəri vəzifəsini tutur.

Qəzetin məlumatına görə, Pentaqonun rəhbəri vəzifəsinə təsdiq proseduruna əsasən, Esper (namizədliyi rəsmi olaraq Senatın təsdiqinə təqdim edilən kimi) istefa etməlidir.

Pentaqonun rəhbəri vəzifəsini müvəqqəti olaraq ABŞ Dəniz qevvələri naziri Riçard Spenser tutacaq.