AZƏRBAYCAN » CƏMİYYƏT
11 İyul 2019, 16:56 (GMT +4)

DOST mərkəzi iki ayda 12,6 mindən çox sakinə xidmət edib

Bakı, 11 iyul, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı “DOST” mərkəzinə son iki ayda 12 min 676 vətəndaş müraciət edib. Müraciətdən 10 min 685-i sosial müdafiə, 616-sı əlillik , 1290-nı məşğulluq, 85-i isə əmək münasibətləri sahəsinə aid olub.

SalamNews xəbər verir ki, mərkəzə üz tutan vətəndaşların 8 min 754-ü Yasamal, 2 min 369-u Səbail, 471-i paytaxtın digər rayonlarını, 1082-si isə ölkəmizin müxtəlif bölgələrini təmsil ediblər.

Həmin dövrdə mərkəzdə 4 min 182 vətəndaş monitorinqə cəlb olunub. Onlardan 4 mindən çoxu, başqa sözlə, 96 faizi xidmətdən razı qaldığını bildirib. İki ay ərzində mərkəzə müraciət edən vətəndaşların orta yaşı 52 olub. İlk DOST mərkəzinin göstərdiyi xidmətdən istifadə edən ən yaşlı sakinin 95 yaşında olduğu qeydə alınıb.