RUSİYA » HADİSƏLƏR
11 İyul 2019, 15:01 (GMT +4)

Moskvada istilik elektrik stansiyasında yanğın baş verib, 8 nəfər xəsarət alıb

Bakı, 11 iyul, SalamNews. Mıtişada İstilik Elektrik Mərkəzində baş verən yanğın nəticəsində 8 nəfər xəsarət alıb. 

SalamNews RİA Novosti agentliyinə istinadən xəbər verir i, bu barədə Regional Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

İlkin məlumatlara görə, hadisə nəticəsində səkkiz nəfər yaralanıb.

Yanğının söndürülməsinə aviasiya  cəlb edilib, hadisə bölgəsində yanğınsöndürən  qatar göndərilir.