MDB ÖLKƏLƏRİ » CƏMİYYƏT
11 İyul 2019, 15:43 (GMT +4)

Qazaxıstanda qadın yeni doğulan körpəni satmaq üçün oğurlayıb

Bakı, 11 iyul, SalamNews. Qazaxıstanın Taraz şəhərində polis satmaq məqsədi ilə yeni doğulan körpəni oğurlamaqda şübhəli bilinən 22 yaşlı qadını saxlayıb.

SalamNews bu barədə "İnterfaks"a istinadən məlumat verir.

Nazirliyin məlumatına görə, iyulun 8-də polis yeni doğulmuş uşağın regional perinatal mərkəzdən oğurlanması ilə bağlı məlumat alıb.

Video kamera vasitəsi ilə oğrunu izləyən polis yaxınlıqdakı otellərin hamısı yoxlayıb və  otaqlardan birində körpəni aşkar edib.