DÜNYA » İQTİSADİYYAT
11 İyul 2019, 17:00 (GMT +4)

ABŞ və Çin ticarət danışıqlarını davam etdirəcək

Bakı, 11 iyul, SalamNews. Pekin və Vaşinqton, Çin prezidenti Si Sinping ilə ABŞ prezidenti Donald Tramp arasında G-20 sammiti çərçivəsində baş tutan görüşdən sonra ticarət müzakirələrini davam etdirməyə qərar verib. SalamNews xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin mətbuat katibi  Qao Fen Pekində təşkil etdiyi mətbuat konfransında bildirib.

"ABŞ və Çin nümayəndə heyətləri bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında ticarət danışıqlarını davam etdirəcəklər. Qərar Si Sinping və Donald Trampın Osakadakı G-20 sammiti çərçivəsində keçirilən görüşdə qəbul edilib", - deyə Qao Fen bildirib.

Onun sözlərinə görə, danışıqlar hər iki tərəfin maraqları və narahatlıqları nəzərə alaraq aparılmalıdır.