DÜNYA » SİYASƏT
11 İyul 2019, 17:23 (GMT +4)

Merkel Danimarka baş nazirini qəbul zamanı dövlət himnlərini oturaraq dinləyib

Bakı, 11 iyul, SalamNews. Almaniya Kansleri Angela Merkel, Danimarka Baş naziri Mette Frederiksen ilə Berlində keçirilən görüşündə dövlət himnlərini oturaraq dinləyib. Bu barədə "Welt" qəzeti yazır.

SalamNews TASS-a istinadən xəbər verir ki, ötən gün üç həftə ərzində üçüncü dəfə Merkel rəsmi qarşılanma mərasimi zamanı özünü pis hiss edib.

Sonuncu dəfə onun titrəməsi bir dəqiqə çəkir.

"Spiegel" jurnalı vurğulayır ki, Merkel uzun müddət ayaq üstə dayandıqda onu titrəmə pristupları tutur.

Bu səbəbdən Almaniya kansleri və Danimarka Baş naziri bu gün keçirilən rəsmi tədbirdə dövlət himnlərini oturaq şəkildə dinləyib. "Bild" qəzetinin məlumatına görə protokol Merkelin istəyi ilə xüsusi olaraq dəyişdirilib.