RUSİYA » HADİSƏLƏR
11 İyul 2019, 18:00 (GMT +4)

Moskvada istilik elektrik stansiyasında baş verən yanğında bir nəfər ölüb

Bakı, 11 iyul, SalamNews. Mıtişada İstilik Elektrik Mərkəzində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb. 

SalamNews RİA Novosti agentliyinə istinadən xəbər verir ki, ölüm faktını Regional Fövqəladə Hallar Nazirliyi də təsdiq edib. 

Yaralılardan 12-si ambulator müaclicə alıb, bir nəfər isə helikopter ilə yanıq mərkəzinə göndərilib.

Yanğının söndürülməsinə aviasiya  cəlb edilib.