DÜNYA » SİYASƏT
11 İyul 2019, 17:07 (GMT +4)

İraqdan İrana 44 əsgər və hərbçinin cənazəsi gətirilib

Bakı, 11 iyul, SalamNews, B.Samid. İran-İraq müharibəsində həlak olan hərbçi və əsgərlərdən 44-ün cənazəsi öz ölkələrinə gətirilib.

SalamNews TasnimNews -a istinadla xəbər verir ki, 44 hərbçi və əsgərin cənazəsi Şələmçə keçidindən keçirilərək İrana gətirilib.

Otuz ildən sonra vətənlərinə gətirilən cənazələr üçün Əhvaz şəhərində özəl tədbir keçirilib.

Tədbirdə ölkənin müxtəlif siyasi və hərbi rəsmiləri iştirak ediblər.

Cənazələr İranın müxtəlif şəhərlərində dəfn ediləcək.

Qeyd edək ki, bir neçə həftə öncə İraqdan 150 hərbçi və əsgərin cənazələri İrana gətirilmişdi.

1997-ci ildə İranla İraq arasında əldə edilən razılaşmaya əsasən iki ölkə müharibə dövründə sərhəd bölgələrində həlak olan və itkin düşən hərbçilərin axtarışı ilə bağlı birgə komissiya yaradıblar. Bu komissiya və işçi qrupunun səyi ilə on minlərlə cənazə tapılaraq mənsub olduqları bölgədə dəfn ediliblər.