DÜNYA » SİYASƏT
11 İyul 2019, 17:35 (GMT +4)

Bu gün Srebrenitsa qətliamının 24-cü ildönümüdür

Bakı, 11 iyul, SalamNews. Bu gün Bosniyanın Srebrenitsa şəhərində yaşayan müsəlmanların qətliamından 24 il ötür.

Srebrenitsa qətliamı və ya Srebrenitsa soyqırımı — 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.

SalamNews xəbər verir ki, AB diplomatiya rəhbəri Federika Moqerini və Avropa Qonşuluq Siyasəti Komissiyasının üzvü Johans Hahn ortaq bəyanatla çıxış edib.

"Qəlblərimiz və düşüncələrimiz zərər çəkmişlər və həyatlarını bu faciəli hadisələrdə itirənlərin yanındadır. Bizim ümumi vəzifəmiz müasir Avropa tarixində insanlığın ən qaranlıq məqamlarından biri olan Srebrenitsanı xatırlamaqdır ", - bəyanatda deyilir.