RUSİYA » SİYASƏT
12 İyul 2019, 09:17 (GMT +4)

Putin Zelenski ilə ilk dəfə telefon danışığı keçirib

Bakı, 12 iyul, SalamNews. Rusiya prezidenti Vladimir Putin Ukraynanın prezidenti Vladimir Zelenski ilə ilk telefon danışığını keçirib.

SalamNews RİA"Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, təşəbbüs Ukrayna tərəfdən gəlib. 

O qeyd edib ki, prezidentlər Donbassda münaqişənin həll olunmasını müzakirə ediblər.