DÜNYA » SİYASƏT
12 İyul 2019, 13:20 (GMT +4)

Rusiya S-400-ün Türkiyəyə tədarükünə başlayıb

Bakı, 12 iyul, SalamNews. Rusiyadan satın alınan S-400 raket sisteminin ilk komponentlərini Türkiyəyə gətirilib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verir.

"Komponentlər Ankara əyalətindəki Mürtəd hava bazasına yerləşdirilir", açıqlamada deyilir.

SalamNews xəbər verir ki, S-400 hava müdafiə sistemlərinin alınması Türkiyə ilə ABŞ arasında beynəlxalq qalmaqala səbəb olub.