DÜNYA » SİYASƏT
12 İyul 2019, 13:55 (GMT +4)

Zərif: İkinci Dünya Müharibəsindən indiyə qədər Avropada törədilmiş ən dəhşətli hadisəni unutmayın

Bakı, 12 iyul, SalamNews. Bosniyada 20 il əvvəl baş verən müsəlmanların ən qəddar qətlamı unudulmamalıdır.

SalamNews PressTV-yə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Bosniyadakı Srebrenitsa şəhərində törədilən soyqırımın 24-cü ildönümü ilə əlaqədar Twitter-də yazıb.

O qeyd edib ki, bu cinayət unudulmamalıdır. 

Onun sözlərinə görə, 8000-dən çox Bosniyalı müsəlmanın qətli İkinci Dünya Müharibəsindən indiyə qədər qitədə tərədilmiş ən dəhşətli hadisədir.

"Belə dəhşətli hadisələr nə müsəlmanlar, nə də avropalılar tərəfindən", - Zərif yazıb.