DÜNYA » CƏMİYYƏT
16 İyul 2019, 11:13 (GMT +4)

İngiltərədə nəhəng meduza aşkar edilib

Bakı, 15 iyul, SalamNews. İngiltərənin Cornvall əyalətinin sahillərində 1,5 m boyuklüyündə iri bir meduza aşkar olunub. Bu barədə "The Guardian" qəzeti xəbər verir.

Nəşrin məlumatına görə, dalğıclar təxminən bir saatdır meduzanı araşdırır.

SalamNews "RT"yə istinadən xəbər verir ki, "Sharkman_dan" adlı istifadəçi Instagram-da meduzanın  fotoşəkilləri və videolarını paylaşıb. 

Bu canlı əsasən Atlantik Okeanında, Qara, Azov və Aralıq dənizində yaşayır.