DÜNYA » SİYASƏT
20 İyul 2019, 14:42 (GMT +4)

Ankara Kipr şelfində qazma işləri ilə bağlı sanksiya təzyiqinə boyun əyməyəcək - Türkiyə rəsmisi

Bakı, 20 iyul, SalamNews. Ankara, Avropa İttifaqının Türkiyənin kəşfiyyat və qazma fəaliyyətlərinə  görə tətbiq edəcəyi sanksiyalarla bağlı təzyiqlərə heç vaxt boyun əyməyəcək.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) elan olunmasının 45-ci ildönümü münasibətilə  Lefkoşada təşkil edilən tədbirdə açıqlayıb.

Onun sözlərinə görə, əməliyyat Kipr türklərinə azadlıq və firavanlıq gətirdi, gələcəyə ümidlə baxmağa imkan yaratdı. 

"Türkiyə 1974-cü il iyunun 20-də Kipr türklərini yalnız qoymayacağını bütün dünyaya nümayiş etdirdi", vitse-prezident deyib.

Onun sözlərinə görə, Ankara, beynəlxalq müqavilələrə əsaslanaraq Kipr türklərinin heç vaxt belə bir əzabla üzləşməməsi üçün mümkün olan hər şeyi edəcək.