DÜNYA » ELM VƏ TEXNOLOGİYA
22 İyul 2019, 13:20 (GMT +4)

Türkiyədə elektrik çarxı ilə idarə edilən zirehli avtomobil yaradılıb

Bakı, 22 iyul, SalamNews. Türkiyə "Otokar" müdafiə şirkətinin mütəxəssisləri  elektrik çarxı ilə idarə edilən "Akrep II" zirehli avtomobilini yaradıblar.

Maşın hərbi kəşfiyyat üçün nəzərdə tutulub. Quru qoşunların motoatıcı bölmələrinin  istifadəsi üçün nəzərdə tutulmuş lazer silahları və silahlarla təchiz oluna bilər.

SalamNews xəbər verir ki, bu zirehli maşınlar elektrik, dizel və hibrid mühərriki ilə təchiz edilə bilər.