DÜNYA » SİYASƏT
23 İyul 2019, 09:02 (GMT +4)

Moskva və Ankara S-400 istehsalı ilə bağlı məsləhətləşmələr aparır

Bakı, 23 iyul, SalamNews. Moskva və Ankara S-400 zenit raket sistemləri (ZRK) komponentlərinin lisenziyalı istehsalı ilə bağlı məsləhətləşmələr aparır. Bu barədə "Anadolu" agentliyinə "Rostek" dövlət korporasiyasının baş direktoru Sergey Çemezov məlumat verib.

Onun sözlərinə görə, "Rostek" Türkiyə tərəfinin müraciəti ilə S-400 "Triumph" hava hücumundan müdafiə sistemlərinin tədarükünü sürətləndirib.

“Hərbi-texniki əməkdaşlıq qlobal bazarında (MTC) belə təcrübələr nadirdir. Ancaq Rusiya sənayesi öz imkanlarını göstərdi və biz dəqiqliklə iş qrafikinə uyğun hərəkt ediri. Sistem elementlərinin ilk tədarükü bu ay həyata keçirildi", o deyib.  

SalamNews xəbər verir ki, Çemezov eyni zamanda Türkiyəni Rusiyanın əsas tərəfdaşlarından biri adlandırıb.

“İkitərəfli əlaqələrin səviyyəsi artır. Moskva ilə Ankara arasında hərbi-texniki əməkdaşlıq bunun nümunəsidir", Çemezov qeyd edib.