AZƏRBAYCAN » SİYASƏT
25 İyul 2019, 17:50 (GMT +4)

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb

Bakı, 25 iyul, SalamNews.Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihə təbrik məktubu ünvanlayıb.

SalamNews-un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Maldiv xalqına əmin-amanlıq və tərəqqi diləyirəm".