AZƏRBAYCAN » CƏMİYYƏT
26 İyul 2019, 10:17 (GMT +4)

Gənclər və İdman Nazirliyinin kollektivi ulu öndərin məzarını ziyarət edib

Bakı, 26 iyul, SalamNews. İyulun 26-sı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 25-cü ildönümüdür. Nazirlik ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanına əsasən yaradılıb.

SalamNews xəbər verir ki, bu münasibətlə nazirliyin məsul əməkdaşları iyulun 26-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.