AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
30 İyul 2019, 16:12 (GMT +4)

Şamaxı Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb

Bakı, 30 iyul, SalamNews. Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan SalamNews-a bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.

Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir.

İyulun 29 –dan 31-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı, fasilələrlə azacıq güclənəcəyi proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı 1 faizdən aşağı qiymətləndirilir.