AZƏRBAYCAN » CƏMİYYƏT
31 İyul 2019, 12:22 (GMT +4)

Bakı Olimpiya Stadionu yaxınlığında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bakı, 31 iyul, SalamNews.Bakı Olimpiya Stadionu yaxınlığında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən SalamNews-a bildirilib ki, bir qədər əvvəl Heydər Əliyev prospektində, (şəhər istiqamətində) Olimpiya Stadionu yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Buna görə də, hazırda hadisənin baş verdiyi ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.